Yuxarı
    Bağlamaq

    "Qarabağ" və "Qəbələ"nin Avroliqadakı rəqibləri ölkə çempionatında növbəti oyunlarını keçirib

    Yalnız PAOK meydana çıxmayıb

    Bakı. 29 avqust. REPORT.AZ/ "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri həftəsonu öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. "Report"un məlumatına görə, 

    C qrupunda "Qəbələ" ilə mübarizə aparacaq "Anderlext" Belçika Liqasının V turunda "Gent"i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. "Anderlext"in heyətində Yuri Tilemans və Lukaş Teodorçik fərqlənib. Komanda hazırda 9 xalla 5-ci pillədə qərarlaşıb. 

    "Sent-Etyen" Fransa Liqasının III turda "Tuluza"nı qonaq edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və tərəflər hərəyə bir xal qazanıb. Bu nəticə ilə "Sent-Etyen" Liqa 1-də 4 xalla 10-cu pillədədir. 

    Almaniyanın "Maynts" klubu isə Bundesliqanın açılış turunda Dortmundda "Borussiya" ilə üz-üzə gəlib. Rəqibin iki qoluna "Maynts" Muto Yoşunorinin dəqiq zərbəsi ilə cavab verib. 

    "Qarabağ"la birgə J qrupunda çıxış edəcək "Fiorentina" İtaliya A Seriyasının II turunda "Kyevo" ilə münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə başa çatıb. "Fiorentina"nın heyətində yeganə qolun müəllifi Karlos Sançes olub. "Fiorentina" 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 

    "Slovan" klubu da Çexiya çempionatında həftəni qələbə ilə başa vurub. "Pribram"ın qonağı olan Slovan təmsilçisi 3 xalı 1 qolla qazanıb. Devid Hovorkanın yeganə qolu komandasını 5 xalla 12-ci pilləyə yüksəldib.

    PAOK isə Yunanıstan çempionatındakı II turun oyunlarının təxirə salınması səbəbindən meydana çıxmayıb. 

    Qeyd edək ki, Avropa Liqasında ilk oyunlar sentyabrın 15-də keçiriləcək. İlk oyunda "Qarabağ" evdə "Slovan"ı qəbul edəcək. "Qəbələ" isə Belçikada "Anderlext"in qonağı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi