​"Qarabağ" və "Qəbələ"nin Avroliqada oyunlarının başlama saatı açıqlanıb

​"Qarabağ" və "Qəbələ"nin Avroliqada oyunlarının başlama saatı açıqlanıb Əvvəl "Qəbələ", sonra "Qarabağ" meydana çıxacaq
Futbol
12 Avqust , 2015 09:41
​Qarabağ və Qəbələnin Avroliqada oyunlarının başlama saatı açıqlanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" və "Qəbələ" komandalarının pley-off mərhələsindəki ilk görüşlərinin başlama saatı açıqlanıb. "Report"un məlumatına görə, ilk olaraq "Qəbələ" meydana çıxacaq.

"Qırmızı-qaralar" saat 21:00-da "Bakcell Arena"da Yunanıstan "Panatinaikos"u ilə üz-üzə gələcək. Bakı vaxtilə saat 23:00-da isə "Qarabağ" səfərdə İsveçrə "Yanq Boyz"unun qonağı olacaq.

Qeyd edək ki, ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Son xəbərlər

Orphus sistemi