“Qarabağ” və “Neftçi” klublarının nümayəndələri ECA-nın tədbirində iştirak edəcəklər

“Qarabağ” və “Neftçi” klublarının nümayəndələri ECA-nın tədbirində iştirak edəcəklər Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Klublar Assosiasiyasının (ECA) Rəhbərlərin Konsultasiya Platforması” adı altında görüş olacaq.
Futbol
12 İyun , 2018 12:39
“Qarabağ” və “Neftçi” klublarının nümayəndələri ECA-nın tədbirində iştirak edəcəklər
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Klublar Assosiasiyasının (ECA) "Rəhbərlərin Konsultasiya Platforması” adı altında görüş olacaq.

“Report” xəbər verir ki, tədbirə Azərbaycanın quruma üzvü olan klublarından “Qarabağ” və “Neftçi” klubları qatılacaqlar. Onlar müvafiq olaraq, Asif Əsgərov və Qədir Həsənovla təmsil olunacaqlar. Əvəzində "Qəbələ"dən görüşdə iştirak edən olmayacaq. Klubdan işlərin çoxluğu səbəb göstərilib.

Qeyd edək ki, tədbir iki gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi