Premyer Liqa: "Qarabağ" və "Neftçi"dən bir futbolçu rəmzi komandaya düşə bilib

Premyer Liqa: "Qarabağ" və "Neftçi"dən bir futbolçu rəmzi komandaya düşə bilib Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası bəlli olub.
Futbol
6 Noyabr , 2019 13:04
Premyer Liqa: Qarabağ və Neftçidən bir futbolçu rəmzi komandaya düşə bilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası bəlli olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11liy"ə "Sabah", "Qəbələ" və "Sumqayıt"dan hərəyə 3, "Qarabağ" və "Neftçi"dən isə hərəyə 1 oyunçu daxil edlilib. 

Həftənin oyunçusu isə "Qəbələ"nin gürcüstanlı hücumçusu Davit Volkov olub. 

Qapıçı: Asmir Beqoviç – 269 (“Qarabağ”) - 3

Müdafiəçilər: Məqsəd İsayev - 216 (“Sabah”), Voyislav Stankoviç – 259 (“Neftçi”), Şəhriyar Əliyev - 255 (“Sumqayıt”) - 2, Qismət Alıyev - 251 (“Qəbələ”)

Yarımmüdafiəçilər: Ozan Can Kökcü – 266 (“Sabah”) - 2, Cavid İmamverdiyev - 291 (“Sabah”), Fernan Lopez - 285 (“Qəbələ”), Sərtan Taşqın – 254 (“Sumqayıt”) - 2

Hücumçular: Davit Volkov - 299 (“Qəbələ”) - 2, Əmir Ağayev - 292 (“Sumqayıt”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Son xəbərlər

Orphus sistemi