Yuxarı

"Qarabağ" ukraynalı qapıçısı ilə yollarını ayırıb

"Qarabağ" ukraynalı qapıçısı ilə yollarını ayırıb
Anton Kanibolotski ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

Bakı. 28 iyun. REPORT.AZ/ "Qarabağ" futbol klubu daha bir qapıçısı ilə yollarını ayırıb. 

"Report"un məlumatına görə, ukraynalı qolkiper Anton Kanibolotski ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ağdam klubu Kanibolotskiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiçlə də vidalaşıb. Hazırda komandada bu mövqedə yalnız Şahruddin Məhəmmədəliyev qalıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi