"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə böyük hesabla uduzub

"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə böyük hesabla uduzub London təmsilçisi 5:0 hesabı ilə qalib gəlib
Futbol
12 Sentyabr , 2017 18:02
Qarabağ UEFA Gənclər Liqasında Çelsiyə böyük hesabla uduzub

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

“Report” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv I tur çərçivəsində İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub. Görüşün ilk yarısı qolsuz başa çatıb. Lakin matçın 49-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Qədirzadə qırmızı vərəqə aldıqdan sonra meydan sahibləri say üstünlüyündən lazımınca istifadə edərək, 5:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, qaydalara əsasən, ÇL-ə vəsiqə qazanan klubların U-19 komandaları avtomatik olaraq Gənclər Liqasında çıxış edirlər. Onların oyunları əsas komandaların qarşılaşmasının keçirildiyi gün olur.

UEFA Gənclər Liqası

Qrup mərhələsi, I tur


"Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0

Qollar: Kollum Hadson Odoy, 54. Trevoh Çaloboh, 63; 71; 74. Çarli Braun, 80

Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49 ("Qarabağ")

"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu

Baş hakim: Robert Hennessi

Baş hakimin köməkçiləri: Darraq Kiqan, Darren Keri (hamısı İrlandiya)

Dördüncü hakim: Con Basbi (İngiltərə)

UEFA nümayəndəsi: Bert Andersson (İsveç)

UEFA hakim-inspektoru: Peter Cons (İngiltərə)

Son xəbərlər

Orphus sistemi