"Qarabağ" türkiyəli futbolçuya 2-ci dəfə təklif göndərəcək

"Qarabağ" türkiyəli futbolçuya 2-ci dəfə təklif göndərəcək Türkiyənin 1928 Bucaspor klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbol
5 İyun , 2020 18:10
Qarabağ türkiyəli futbolçuya 2-ci dəfə təklif göndərəcək

Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report"un "TRT Spor"a istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın maraq dairəsindədir.

Ağdam təmsilçisinin Niderland əsilli vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi