​"Qarabağ" "Tottenhem"lə oyuna itkilərlə çıxacaq

​"Qarabağ" "Tottenhem"lə oyuna itkilərlə çıxacaq Kapitanın oynayıb-oynamayacağı bilinmir
Futbol
24 Noyabr , 2015 16:19
​Qarabağ Tottenhemlə oyuna itkilərlə çıxacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" İngiltərənin "Tottenhem" klubu ilə Bakıda keçirəcəyi oyuna itkilərlə çıxacaq. Klubdan "Report"a verilən məlumata görə, qarşılaşmada baş məşqçi Qurban Qurbanov 2 legioner futbolçudan əlavə Rəşad Sadıqovun da xidmətindən məhrum ola bilər.

Zədəli Reynaldo və Əlhərbi Əl Jadeyuinin London təmsilçisinə qarşı meydana çıxmayacağı dəqiqdir. Milli komandanın düşərgəsində zədə alan Ağdam təmsilçisinin kapitanı isə hazırda xüsusi nəzarət altında məşq edir. Onun oyuna çıxıb-çıxmayacağı bilinmir.

İngiltərə təmsilçisinin Bakıya gələcəyi vaxt da dəqiqləşib. "Tottenhem"i gətirən təyyarə sabah saat 19:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Komanda "Four Seasons" otelində məskunlaşacaq.

Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi