Yuxarı
    Bağlamaq

    "Qarabağ" "Samtredia"nı məğlub edərək ÇL-nin III təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB

    Matç 1:0 hesabı ilə başa çatıb© Foto: Report.az

    Bakı. 18 iyul. REPORT.AZ/ "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan "Samtredia”sının qonağı olub.

    "Report"un məlumatına görə, Samtredia şəhərinin eyniadlı təmsilçisinin ev oyunlarını keçirdiyi Erosi Manqaladze stadionu UEFA tələblərinə cavab vermədiyi üçün görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında baş tutub.

    Matç qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 22-ci dəqiqədə Donald Gerye vurub. O, cərimə zərbəsindən topu birbaşa tora göndərib. Bununla da hər iki görüşdən qalib ayrılan "Qarabağ" ÇL-nin III mərhələsinə adlayıb.

    Ağdam komandası ötən həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda rəqibini Əfran İsmayılov, Dino Ndlovu (2), Donald Gerryer və Migel Madeyranın qolları ilə 5:0 hesabı ilə məğlub edib. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif” (Moldova) – "Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Moldova təmsilçisi evdə keçirdiyi ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab oyunu iyulun 19-da keçiriləcək.

    Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunu

    18 iyul

    21:00. "Samtredia” (Gürcüstan) – "Qarabağ” (Azərbaycan) - 0:1

    Qol: Donald Gerye, 22

    İlk oyun – 0:5

    Baş hakim: Srcan Yovanoviç

    Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mixayloviç

    Dördüncü hakim: Marko Popoviç (hakimlər briqadası Serbiyadandır)

    Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

    UEFA nümayəndəsi: Pol Daniel Zaharya (Rumıniya)

    Tbilisi. Boris Payçadze adına "Dinamo" stadionu


    ***21:35

    Tbilisi. 18 iyul. REPORT. AZ/ “Qarabağ” futbol komandası Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan “Samtredia”sı ilə qarşılaşır.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçirilən oyun Bakı vaxtı ilə 21:00-da start götürüb.

    "Qarabağ" oyunun 22-ci dəqiqəsində Wilde-Donald Guerrierin vurduğu qol ilə oyunda hesabı açıb.

    Komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

    Çempionlar Liqası

    II təsnifat mərhələsi, cavab oyunu

    18 iyul

    21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) – 0:1

    Qol: Wilde-Donald Guerrier, 22.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi