"Qarabağ" - "Şerif" matçının bütün təyinatları açıqlanıb

"Qarabağ" - "Şerif" matçının bütün təyinatları açıqlanıb Oyunu makedoniyalı hakimlər briqadası idarə edəcək
Futbol
25 Avqust , 2018 01:10
Qarabağ - Şerif matçının bütün təyinatları açıqlanıb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək Avropa Liqasının "play-off " mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, qarşılaşma makedoniyalı hakimlər briqadasına tapşırılıb.

Baş hakim Aleksandır Stavrev, Maryan Kirovski və Deyan Kostadinov yan xətt, Dimitar Meçkarovski isə dördüncü hakim qismində yardımçı olacaqlar. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi