"Qarabağ" - "Şerif" matçının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb

"Qarabağ" - "Şerif" matçının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb Azarkeşlər biletləri Respublika stadionunun kassalarından ala bilərlər
Futbol
20 İyul , 2017 11:56
Qarabağ - Şerif matçının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.

“Report”un məlumatına görə, azarkeşlər iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 5 manat, VİP sektoruna isə 50 manatdir.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Qarabağ" – “Şerif" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi