"Qarabağ" "Seltik"lə oyuna hazırdır - FOTO

"Qarabağ" "Seltik"lə oyuna hazırdır - FOTO "Seltik" - "Qarabağ" oyunu bu gün Azərbaycan vaxtıyla 23:45-də start götürəcək
Futbol
29 İyul , 2015 03:02
Qarabağ Seltiklə oyuna hazırdır - FOTO

Bakı. 29 iyul. REPORT.AZ/ Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya çempionu ilə qarşılaşacaq "Qarabağ" futbol klubu oyunun keçiriləcəyi "Seltik Park"da sonuncu hazırlığına çıxıb.

"Report"un məlumatına görə, "Qarabağ" yerli vaxtda 19:45-də (Azərbaycan vaxtıyla 23:45) məşqə başlayıb. Komandanın çalışması bir saat davam edib. Yağışlı hava şəraitində baş tutan məşqdə komandamız yüngül hazırlıqla kifayətlənib.

Qeyd edək ki, "Seltik" - "Qarabağ" oyunu bu gün Bakı vaxtıyla 23:45-də start götürəcək. 

Son xəbərlər

Orphus sistemi