Yuxarı

"Qarabağ" - "Seltik" qarşılaşmasında anşlaq olacaq

Biletlərin demək olar ki, hamısı satılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və Şotlandiya "Seltik"i arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə anşlaq olacaq. Klubdan "Report"a verilən məlumata görə, satışa çıxarılmış 30 min biletin demək olar ki, hamısı satılıb.

Kassada qalan son 500 bilet də bu gün səhərdən alınmağa başlayıb. Onlar sektorların aşağı oturacaqlarına olduğundan, alıcılarını daha erkən tapa bilməyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi