Yuxarı

​"Qarabağ" səfərdə "Sent-Etyen" klubu ilə heç-heçə oynayıb

Qarşılaşmada 1:1 hesabı qeydə alınıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın “Qarabağ” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Sent-Etyen” komandasının qonağı olub.

"Report" xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı "Qarabağ" açıb. Vüqar Nadirov oyunun 15-ci dəqiqəsində komandasını irəli çıxarıb.

Lakin 6 dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. Riki van Volfsvinkel komandasının bəbərlik topunu vurub.

Beləliklə, hər iki komanda qrupda keçirdiyi 5 oyunun nəticəsinə görə, hesabındakı xalların sayını beşə çatdırıb.

Qrupun digər oyununda Ukraynanın "Dnepr" kollektivi İtaliyanın "İnter" klubuna məğlub olub - 1:2

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi