Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, Ağdam klubu səfərdə Monako Knyazlığının eyniadlı klubunun qonağı olub.
Tərəflərin qarşılıqlı hücumları şəraitində keçən matç sonda ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqası, 3-cü tur
"Monako" - "Qarabağ" - 1:0
Qol: Lacina Traore, 70 (1:0)