"Qarabağ" səfərdə "Kəpəz"i məğlub edib

"Qarabağ" səfərdə "Kəpəz"i məğlub edib Oyunun taleyini bir qol həll edib
Futbol
12 Fevral , 2017 17:04
Qarabağ səfərdə Kəpəzi məğlub edib

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

"Report" xəbər verir ki, turun açılış matçında Ağdamın "Qarabağ" klubu səfərdə "Kəpəz"in qonağı olub.

Gəncə şəhər stadionunda keçirilən qarşılaşmaya qonaqlar sürətli başlayıb. "Qarabağ" İlk hissədə Muarem Muarem və Əfran İsmayılovla hesabı açmağa yaxın olsa da, rəqib qapıçı yaxşı oynayıb.

İkinci hissəyə də sürətli başlayan ağdamlılar matçın 65-ci dəqiqəsində hesabı açıblar. Mahir Mədətov başla dəqiq zərbə endirib. Və qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Son xəbərlər

Orphus sistemi