Bakı. 21 Avqust. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk oyunlarına start verilib.
"Report" xəbər verir ki, Azərbaycanın turnirdəki iki təmsilçisindən biri olan "Qarabağ" səfərdə İsveçrənin "Young Boys" kollektivinin qonağı olub.
Səfər qarşılaşması komandamızın üstünlüyü şəraitində keçib və "Qarabağ" bunun məntiqi nəticəsi olaraq oyunun 67-ci dəqiqəsində hesabı açıb - 1:0.
Avropa Liqası. "Play-off" mərhələsi. İlk oyun
"Young Boys" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Riçard Almeyda, 67 (1:0)