Yuxarı

​"Qarabağ" səfərdə Çexiya klubu ilə heç-heçə oynayıb

Oyunda qapılara qol vurulmayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report" xəbər verir ki, komandanın rəqibi Çexiyanın "Viktoriya" klubu olub.

Plzen şəhərinin "Dusan Arena" stadionunda keçirilən matç 0:0 hesabı ilə başa çatıb. Oyunun 75-ci dəqiqəsində rəqib futbolçu Jan Baranek ikinci sarı vərəqə alaraq meydandan qovulsa da, "Qarabağ" bu fürsətdən yararlana bilməyib.

"Qarabağ" "Viktoriya" ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi