"Qarabağ" Rumıniya və Rusiyanın tanınmış klubları ilə yoxlama oyunu keçirəcək

"Qarabağ" Rumıniya və Rusiyanın tanınmış klubları ilə yoxlama oyunu keçirəcək İyulun 3-də rəqib "Styauya", bundan 4 gün sonra isə "Lokomotiv" olacaq
Futbol
29 İyun , 2015 12:34
Qarabağ Rumıniya və Rusiyanın tanınmış klubları ilə yoxlama oyunu keçirəcək

Bakı. 29 iyun. REPORT.AZ/ Avtsriyadakı təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandasının yoxlama matçlarında üz-üzə gələcəyi rəqiblər açıqlanıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, toplanış müddətində 3 oyun baş tutacaq. 

İyunun 30-da "Qarabağ" Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq. İyulun 3-də rəqib Rumıniya "Styauya"sı, bundan 4 gün sonra isə Rusiya "Lokomotiv"i olacaq. İyulun 8-də isə Ağdam komandası Azərbaycana qayıdacaq. 

Qeyd edək ki, "Qarabağ" iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Monteneqro "Rudar"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi