Yuxarı

"Qarabağ" Rumıniya milli komandasının futbolçusunu transfer edə bilər

"Qarabağ" Rumıniya milli komandasının futbolçusunu transfer edə bilər
Buxarest Dinamosu 400 min avro istəyir

Bakı. 3 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu Rumıniya milli komandasının və Buxarest "Dinamo"sunun futbolçusu Steliano Filipi transfer etməyə hazırlaşır.

"Report" "Gazeta Sporturilor"a istinadən xəbər verir ki, 24 yaşlı sol cinah oyunçusu Azərbaycan təmsilçisindən təklif alıb. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi bildirilir. Danışıqlar müsbət yekunlaşsa, Filip tezliklə "Qarabağ"ın sıralarına qoşulacaq.

Müdafiəçi yayda Ukraynanın "Dinamo" komandasına keçməyə yaxın olub. Kiyev klubu 800 min avro təklif etsə də, Buxarest təmsilçisinin sahibi İonut Neqoita 1,5 milyon avro istəyib. Nəticədə danışıqlar pozulub. Bundan sonra Filipin aylıq maaşı 4,5 min avrodan 10 min avroya qaldırılıbş Hazırda o, 1000 avro çox maaş alan Adam Nemetsdən sonra komandanın ikinci ən ödənişli oyunçusudur. Son zamanlar çıxışında eniş müşahidə olunduğundan, Rumıniya klubu bu futbolçunu 400 min avroya da satmağa hazırdır. Filip eyni zamanda, Türkiyənin bir neçə komandasından və İtaliyanın ikinci dərəcəli klubundan təklif alıb. Lakin təkliflərin ən ciddisi elə "Qarabağ"dan gəlib.

Qeyd edək ki, Buxarest "Dinamo"su bir neçə gün əvvəl yarımmüdafiəçi Paul Antonu Rusiya "Anji"sinə 500 min avroya satıb. Steliano Filip indiyədək Rumıniya millisində 8 oyuna çıxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi