Yuxarı

“Qarabağ” - “Roma” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” - “Roma” oyununun biletləri satışa çıxarılır
Biletləri əldə edərkən və stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsi çərçivəsində “Qarabağ” və İtaliyanın “Roma” komandaları arasında keçiriləcək oyunun biletləri bu gün satışa çıxarılacaq.

“Report”un Ağdam təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, biletləri saat 17:00-dan etibarən "Asan Xidmət" Mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, Park Bulvar (“Qarabağ”ın fan-şopu), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.

Biletləri əldə edərkən və stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 2 – 20 manadır. VİP biletlər isə 50 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Roma” matçı saat 20:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi