​"Qarabağ" rəhbərliyi "Monako" ilə matçın biletlərinin qiymətini aşağı salıb

​"Qarabağ" rəhbərliyi "Monako" ilə matçın biletlərinin qiymətini aşağı salıb Klub azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan, məhz göstərilmiş qiymətlərlə alsınlar
Futbol
1 Noyabr , 2015 17:37
​Qarabağ rəhbərliyi Monako ilə matçın biletlərinin qiymətini aşağı salıb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Qarabağ"la Fransanı təmsil edən "Monako" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur matçının biletləri noyabrın 2-dən satışa çıxarılacaq. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, biletlər sabah saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qiymətlər nömrəli sektorlar üzrə 1, 2, 3, 5, 10 və 20 manat, VİP sektora isə 50 manatdır. Belçika "Anderlext"i ilə II turun ev oyunu ilə müqayisədə qiymətlərdə endirim baş verib. Əvvəlki qarşılaşmada qiymətlər 2, 3, 5, 8, 10, 15, 20 və 50 manata olub. Amma həmin vaxt nisbətən yüksək məbləğ tamaşaçı sayına təsirsiz ötüşməyib. Bu, özünü bəzi sektorlardakı boşluqlarda göstərib.

"Qarabağ" klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan, məhz göstərilmiş qiymətlərlə alsınlar. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.

Son xəbərlər

Orphus sistemi