Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqası çərçivəsində XIX turun növbəti oyunları keçirilib.
"Report" xəbər verir ki, növbəti oyun günü çempionat liderinin 3 xal itirməsi ilə yadda qalıb.
Səfərdə AZAL-ın qonağı olan "Qarabağ" klubu qış fasiləsindən sonra liqaya məğlubiyyətlə başlayıb - 1:0.
Digər qarşılaşma Lənkəranda baş tutub. "Xəzər Lənkəran" - "Rəvan" matçında qalib müəyyənləşməyib.
Turun son qarşılaşması 17:30-da başlayacaq. Bakıda 1 xal fərqi ilə 1 və 4-cü yerləri bölüşən "Zirə" və "İnter" üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası, XIX tur
AZAL - "Qarabağ" - 1-0
Qol: Nuqzar Kvirtiya, 78 (1:0)
"Xəzər Lənkəran" - "Rəvan" - 0-0