"Qarabağ" - "Qəbələ" matçından sonra paltardəyişmə otağında mübahisə olub

"Qarabağ" - "Qəbələ" matçından sonra paltardəyişmə otağında mübahisə olub "Qəbələ" futbolçuları PFL prezidentinə hakimdən şikayət ediblər
Futbol
29 Noyabr , 2016 21:58
Qarabağ - Qəbələ matçından sonra paltardəyişmə otağında mübahisə olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XIII turun "Qarabağ" - "Qəbələ" matçından sonra qonaq komandanın paltardəyişmə otağında mübahisə düşüb.

"Report"un məlumatına görə, oyunu "Azərsun Arena"dan izləyən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də paltardəyişmə otağına yollanıb.

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov PFL prezidentinə baş hakim Rəhim Həsənovun qərarları ilə bağlı iradlarını bildirib.

Qeyd edək ki, "Qarabağ" hesabda 0:1 geridə olduğu matçda 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi