Yuxarı

Qarabağ qazilərinin futbol komandası Gürcüstanda növbəti görüşünü keçirib

Qarabağ qazilərinin futbol komandası Gürcüstanda növbəti görüşünü keçirib

Qarabağ qazilərindən ibarət “Azərbaycan” komandası Gürcüstanda amputant futbolçular arasındakı yarış çərçivəsində ikinci oyununu keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidəki "İmedi" idman mərkəzinin meydançasında "Azərbaycan" Zestafoni şəhərinin “Marqveti” komandası ilə qarşılaşıb.

Oyunun birinci hissəsində Qarabağ qaziləri 0:1 hesabı ilə məğlub olub.

İkinci hissə "Marqveti"nin 2:0 hesabla üstünlüyü ilə başa çatıb.

Görüş 3:0 hesabı ilə Zestafoni təmsilçilərinin qələbəsi ilə yekunlaşıb.

"Azərbaycan" komandası sabah növbəti görüşünü keçirəcək. Qarabağ qazilərinin növbəti rəqibi "Tbilisi" komandası olacaq.

Qeyd edək ki, bundan öncə “Azərbaycan” komandası Qorinin “Kartli” komandası ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə Qarabağ qazilərinin qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi