Yuxarı

"Qarabağ" Qazaxıstan komandasını məğlub edib

"Qarabağ" Qazaxıstan komandasını məğlub edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi "Jetisu" ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Mahir Emreli vurub.

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi