Yuxarı

"Qarabağ" - "Partizani" matçının biletləri satışa çıxarılıb

"Qarabağ" - "Partizani" matçının biletləri satışda

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya "Partizani"si ilə keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz biletə 2 manat qiymət qoyulub.

Satışda 5 manat, 10 manat və VİP sektora 50 manata da biletlər mövcuddur. Onları Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən əldə etmək olar. 

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı saat 21:00-da start götürəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi