"Qarabağ" - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb

"Qarabağ" - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər
Futbol
14 Oktyabr , 2016 18:00
Qarabağ - PAOK matçının biletlərinin satışa çıxacağı tarix açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanın PAOK klubunu qəbul edəcək. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN

13 və 16 nömrəli sektorlar - 10 AZN

14 və 15 nömrəli sektorlar - 20 AZN

VİP - 50 AZN

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq

Son xəbərlər

Orphus sistemi