“Qarabağ” - “Olimpiya” oyununa iki günə 5 min bilet satılıb

“Qarabağ” - “Olimpiya” oyununa iki günə 5 min bilet satılıb Bakı. 13 iyul. REPORT.AZ/ Qarabağ klubunun Sloveniya Olimpiyası ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.
Futbol
13 İyul , 2018 15:00
“Qarabağ” - “Olimpiya” oyununa iki günə 5 min bilet satılıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Qarabağ" klubunun Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra iki gün ərzində alınıb. Arenanın tutumu, ümumilikdə, 31200 nəfərlikdir. Qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək “Qarabağ” - “Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi