Yuxarı
    Bağlamaq

    "Qarabağ" norveçli hücumçu transfer edir

    O, cəlbedici təklif üzündən ABŞ klubuna keçməkdən imtina edib

    Bakı. 9 fevral. REPORT.AZ/ "Qarabağ" klubu norveçli futbolçu Məhəmməd Keytanı transfer edə bilər. "Report"un "Metro" nəşrinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçuya cəlbedici müqavilə təklif olunub.

    Əslən qambiyalı forvard bu təklif üzündən ABŞ-ın "Minnesota" klubuna keçməkdən imtina edib. Nəticədə amerikalılar Danimarka "Kopenhagen"indən Başkim Kadrii ilə müqavilə bağlayıb.

    Keyta VG qəzetinə açıqlamasında adını açıqlamadığı klubla müqavilə şərtlərini razılaşdırdığını bildirib. Futbolçunun 200 min avroluq müqaviləyə imza atdığı bildirilir. Təcrübəli hücumçunun Polşa "Lex"i ilə iyunun sonlarınadək qüvvədə olan müqaviləsi var. Amma o, ötən ay "Lex"ə qayıtmayacağını açıqlayıb. Bu səbəbdən, klubu tərəfindən rekord məbləğdə cəriməyə məruz qalan Keytaya təklif olunub ki, özünə yeni klub tapsın.

    Qeyd edək ki, Məhəmməd Keyta əvvəllər Norveçin U-18, U-21 və U-23 yığmalarının formasını geyinib. O, 2008-ci ildən Norveç "Strömqodset"i, 2014-cü ildə Polşa "Lex"i ilə anlaşıb. Keyta son 3 mövsümü icarə əsasında "Stabek" və "Strömqodset" klublarında keçirib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi