"Qarabağ" "Neftçi"ni Avropa Liqasından kənarlaşdıran komanda ilə qarşılaşacaq

"Qarabağ" "Neftçi"ni Avropa Liqasından kənarlaşdıran komanda ilə qarşılaşacaq Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Qarabağ klubunun rəqiblərindən biri dəyişib.
Futbol
12 Yanvar , 2019 09:08
Qarabağ Neftçini Avropa Liqasından kənarlaşdıran komanda ilə qarşılaşacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun rəqiblərindən biri dəyişib. 

Klubdan "Report"a verilən məlumata görə, Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv yanvarın 16-da Özbəkistanın “Paxtakor” komandasının əvəzinə Macarıstan "Uypeşt"i ilə qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Türkiyədəki hazırlıq prosesinin ləğv olunmasıdır.

"Uypeşt" Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, "Qarabağ" bu gün ilk yoxlama oyununda Rumıniyanın "Botaşani" klubu ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi yanvarın 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Piast” və 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi