"Qarabağ" - "Neftçi" matçının vaxtı müəyyənləşib

"Qarabağ" - "Neftçi" matçının vaxtı müəyyənləşib Bakı. 30 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib.
Futbol
30 Aprel , 2018 16:16
Qarabağ - Neftçi matçının vaxtı müəyyənləşib

Bakı. 30 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyun cədvəli müəyyənləşib. 

"Report"un məlumatına görə, tura Gəncədə I Diviziona düşəcəyi rəsmiləşən "Kəpəz" və bürünc medal uğrunda mübarizə aparan "Sumqayıt" komandaları arasındakı görüşlə start veriləcək. Son matç isə çempion "Qarabağ"la avrokuboklara can atan daha bir klub "Neftçi" arasında olacaq.  


4 may (cümə)

16:00. “Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu

5 may (şənbə)
17:00. “Səbail” – “Zirə”

“Bayıl Arena”

19:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

6 may (bazar)
19:00. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”

Son xəbərlər

Orphus sistemi