"Qarabağ" "Neftçi" ilə oyununun təxirə salınması üçün müraciət etməyəcək

"Qarabağ" "Neftçi" ilə oyununun təxirə salınması üçün müraciət etməyəcək İyunun 25-də nəzərdə tutulan qarşılaşmanın günündə dəyişiklik ediləcək
Futbol
20 Avqust , 2018 11:49
Qarabağ Neftçi ilə oyununun təxirə salınması üçün müraciət etməyəcək
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ "Qarabağ" klubu "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının III tur matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyib. 

"Report"un məlumatına görə, iyunun 25-də nəzərdə tutulan qarşılaşmanın günündə dəyişiklik ediləcək. Bu isə Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif" ilə ilk oyunun iyunun 23-də keçiriləcəyi ilə əlaqədardır. Tiraspoldakı görüşün ardından "Qarabağ"ın Bakıya qayıdaraq, oyuna hazırlaşması üçün az vaxtı qalacaq. Cavab qarşılaşması avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 

"Neftçi" ilə çempionat matçının avqustun 26-da və ya 27-də keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında Belarus BATE-si ilə III təsnifat mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Premyer Liqanın ilk turunda "Zirə" ilə oyununu təxirə saldırıb.  

Son xəbərlər

Orphus sistemi