"Qarabağ"ın futbolçusu sabah Münhendə əməliyyat olunacaq

"Qarabağ"ın futbolçusu sabah Münhendə əməliyyat olunacaq Namiq Ələsgərov Bakıya aprelin 12-də qayıdacaq
Futbol
7 Aprel , 2015 15:18
Qarabağın futbolçusu sabah Münhendə əməliyyat olunacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov tərcüməçi Aydın Rüstəmovla birgə Almaniyanın Münhen şəhərinə yollanıb. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, N.Ələsgərov aprelin 8-də Münhendəki klinikalardan birində dizindən əməliyyat olunacaq. M.Nərimanoğlu gənc yarımmüdafiəçinin durumuna məhz əməliyyatdan sonra aydınlıq gələcəyini bildirib. Oyunçu Bakıya aprelin 12-də qayıdacaq. 

Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan yığmasının martın 28-də Malta ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında zədələnib. Tibbi müayinə nəticəsində 20 yaşlı futbolçunun ön çarpaz bağlarının qırıldığı və 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı məlum olub. 

Son xəbərlər

Orphus sistemi