Yuxarı

"Qarabağ" mövsümün rekorduna imza atıb

"Qarabağ" mövsümün rekorduna imza atıb

“Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ardıcıl 5-ci qələbəsini qazanmaqla mövsümün rekorduna imza atıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Ağdam komandasının XXV turda “Keşlə”ni 3:0 hesabı ilə yendiyi ev oyununa təsadüf edib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bunadək “Səbail” (2:1), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1) və “Sabah”a (3:0) qalib gəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda 57 xalla turnir cədvəlinə başçılıq edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi