Yuxarı

"Qarabağ" mərakeşli futbolçu transfer edib

"Qarabağ" mərakeşli futbolçu transfer edib

“Qarabağ” yay fasiləsində üçüncü transferini reallaşdırıb.

"Report" klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Faysal Rerrası heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

26 yaşlı futbolçunun sonuncu iş yeri Fransanın səviyyəcə 3-cü liqasında çıxış edən "Bezye" klubu olub.

Belçiklada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silva və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi