"Qarabağ" legioner futbolçusu ilə vidalaşıb

"Qarabağ" legioner futbolçusu ilə vidalaşıb “Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.
Futbol
16 İyul , 2019 14:15
Qarabağ legioner futbolçusu ilə vidalaşıb

“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.

“Report” klubun saytına istinadən xəbər verir ki, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib.

Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi