"Qarabağ"la "Qəbələ"nin Avroliqadakı oyunları üçün təyinatlar açıqlanıb

"Qarabağ"la "Qəbələ"nin Avroliqadakı oyunları üçün təyinatlar açıqlanıb "Göteborq" - "Qarabağ" matçına polşalı, "Qəbələ" - "Maribor" oyununa isə belaruslu hakimlər təyinat alıblar
Futbol
15 Avqust , 2016 13:50
Qarabağla Qəbələnin Avroliqadakı oyunları üçün təyinatlar açıqlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ "Qarabağ"ın və "Qəbələ" klublarının futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsindəki ilk oyunlarına təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, "Qarabağ"ın İsveç "Göteborq"u ilə səfər matçına polşalı hakimlər təyinat alıb, "Qəbələ"nin Sloveniya "Maribor"u ilə ev qarşılaşması isə belaruslu ədalət təmsilçilərinə tapşırılıb.


Avropa Liqası, "pley-off" mərhələsi

İlk oyunlar

21:00. "Göteborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Pavel Raçkovski

Yan xətt hakimləri: Radoslav Sijka, Mixal Obukoviç

Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)

Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)

UEFA nümayəndəsi: Trefor Lloyd Hyuz (Uels)

Qotenburq, "Gamla Ullevi" stadionu.

21:00. "Qəbələ" - "Maribor" (Sloveniya)

Baş hakim: Aleksey Kulbakov

Yan xətt hakimləri: Vitali Malyutin, Oleq Maslyanko

Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Bakir Jordaniya (Gürcüstan)

Bakı, "Dalğa Arena".

Son xəbərlər

Orphus sistemi