"Qarabağ"la "Qəbələ"nin Avroliqadakı növbəti oyunları üçün hakim təyinatları açıqlanıb

"Qarabağ"la "Qəbələ"nin Avroliqadakı növbəti oyunları üçün hakim təyinatları açıqlanıb Görüşləri rumıniyalı və belçikalı hakimlər briqadası idarə edəcək
Futbol
2 Noyabr , 2015 13:34
Qarabağla Qəbələnin Avroliqadakı növbəti oyunları üçün hakim təyinatları açıqlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransanın "Monako" və Almaniyanın "Borussiya" (Dortmund) komandalarına qarşı keçirəcəyi oyunlara təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, oyunları müvafiq olaraq, rumıniyalı və belçikalı hakimlər briqadası idarə edəcək.

"Qarabağ" - "Monako" matçında baş hakim funksiyasını Kristian Balay yerinə yetirəcək. Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Dortmunddakı BVB stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək "Borussiya" - "Qarabağ" qarşılaşmasında isə Sebastyan Delferye iş başında olacaq. 

Avropa Liqası, IV tur

20:00. "Qarabağ" - "Monako" (Fransa) 

Baş hakim: Kristian Balay 

Yan xətt hakimləri: Ovidiu Artene, Valentin Avram
Dördüncü hakim: Mirça Qriqoriu
Əlavə köməkçi hakimlər: İştvan Kovaç, Radu Petresku (hamısı Rumıniya)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Stanislav Speçik (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Qəbələ" 

Baş hakim: Sebastyan Delferye

Yan xətt hakimləri: İv De Nev, Rien Vanizer
Dördüncü hakim: Stiyn Hutsebo
Əlavə köməkçi hakimlər: Conathan Lardo, Erik Lambrext (hamısı Belçika)
Hakim-inspektor: Xuan Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)
Dortmund, BVB stadionu

Son xəbərlər

Orphus sistemi