Yuxarı

"Qarabağ"la oyunda məhsuldar ötürmə edən futbolçu ayın ən yaxşı oyunçusu seçilib

"Qarabağ"la oyunda məhsuldar ötürmə edən futbolçu ayın ən yaxşı oyunçusu seçilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İngiltərənin "Arsenal" klubunun sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.  

"Report" klubun saytına istinadən xəbər verir ki, Aleksandr Lyakazett azarkeşlər tərəfində aparılan səsvermədə birinci olub.

28 yaşlı fransalı hücumçu səslərin 59 faizini toplayıb. O, Lukas Torreyra və Petr Çexi geridə qoyub.

Qeyd edək ki, Aleksandr Lyakazett Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi matçda da iştirak edib. O, sözügedən qarşılaşmada komandasının vurduğu III qolda məhsuldar ötürmə ilə yadda qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi