Bakı. 21 iyul. REPORT.AZ/ Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Çexiya “Viktoriya”sı ilə keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.
“Report”un UEFA-nın saytına istinadən məlumatına görə, qarşılaşma iyulun 26-da Plzen şəhərində oynanılacaq.
11 700 tamaşaçı tutumuna malik “Dusan Arena”da təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, “Qarabağ” mübarizəyə başladığı II təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ını mübarizədən kənarlaşdırıb - 2:0, 1:1. "Viktoriya" isə Çempionlar Liqasında mübarizəyə III təsnifat mərhələsindən qoşulacaq.