"Qarabağ" - "Kopenhagen" oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşib

"Qarabağ" - "Kopenhagen" oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşib Biletlərin qiyməti nömrəli sektorlara 1 - 10 manat, VİP sektoruna isə 50 manatdır
Futbol
9 Avqust , 2017 15:38
Qarabağ - Kopenhagen oyununun biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşib

Bakı. 9 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, azarkeşlər avqustun 12-də saat 12:00-dan etibarən biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara 1 - 10 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ" – “Kopenhagen" görüşü saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi