Yuxarı

"Qarabağ" konqolu hücumçu ilə 3 illik müqavilə imzalayıb

"Qarabağ" konqolu hücumçu ilə 3 illik müqavilə imzalayıb

Bakı. 24 iyul. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qarabağ" klubu daha bir futbolçunu heyətinə qatıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalayıb.

"Qarabağ"ın sabiq hücumçusu İnnosent Emmeqara ilə də müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) komandalarında oynayıb. 28 yaşlı forvard son olaraq Türkiyə təmsilçisi “Bursaspor”da çıxış edib. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi