Bakı. 4 avqust. REPORT.AZ/ “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı "səpələnməmişlər səbəti"ndə yer alan Ağdam təmsilçisinə 5 potensial rəqib arasından Danimarka çempionu “Kopenhagen” klubu düşüb.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)
APOEL (Kipr) - “Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)
“Hapoel” (Beer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)
Liqa yolu
“Başakşehur” (Türkiyə) - “Sevilya” (İspaniya)
“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)
“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)