"Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb

"Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb Ağdam təmsilçi Antalya bölgəsində hazırlıq keçəcək
Futbol
9 Yanvar , 2018 11:12
Qarabağ komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.

“Report” xəbər verir ki, Antalya bölgəsində hazırlıq keçəcək Azərbaycan təmsilçi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış dönəmində 6 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk matçını yanvarın 17-də Rusiya "Kuban"ına qarşı keçirəcək “Qarabağ” bundan 3 gün sonra Polşanın "Lexiya" komandası ilə üz-üzə gələcək.

Yanvarın 25-də isə iki oyun planlaşdırılıb. Son çempion öncə Makedoniyanın "Şkupi", ardınca Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Ayın 29-da Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun "Mladost" komandasına qarşı keçirəcəklər.

Qeyd edək ki, “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qəbələ”ni 6 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi