"Qarabağ" klubunun futbolçusu Albaniya millisinin heyətinə çağırılmayıb

"Qarabağ" klubunun futbolçusu Albaniya millisinin heyətinə çağırılmayıb Bakı. 16 mart. REPORT.AZ/ Qarabağ klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə çağırılmayıb.
Futbol
16 Mart , 2018 21:14
Qarabağ klubunun futbolçusu Albaniya millisinin heyətinə çağırılmayıb

Bakı. 16 mart. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə çağırılmayıb.

"Report"un məlumatına görə, yığmanın baş məşqçisi Kristian Panuççi 24 futbolçudan ibarət siyahıya 36 yaşlı futbolçunu daxil etməyib.

45 yaşlı mütəxəssis millinin təlim-məşq toplanışı üçün bəzi gənc futbolçulara dəvət göndərib.

Qeyd edək ki, Albaniya yığması martın 26-də Norveç millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, Ansi Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir. Təcrübəli müdafiəçi yığmada 73 oyuna çıxıb və 3 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi