"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib - YENİLƏNİB-2

"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib - YENİLƏNİB-2 Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub
Futbol
19 İyun , 2017 14:22
Qarabağ klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib - YENİLƏNİB-2

Bakı. 18 iyun. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, əvvəlcə I təsnifat mərhələsinin püşkü atılıb. 

Bu mərhələdə cütlüklərin tərkibi belə müəyyənləşib:

"Vikinqur" (Farer adaları) - "Trepça” (Kosova)

"Haybernian" (Malta) - "İnfonet" (Estoniya)

"Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra)

TNS (Uels) - "Europe" (Cəbəllütariq)

"Linfild" (Şimali İrlandiya) - "La Florita" (San Marino)

İlk oyunlar 27-28 iyunda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri 4-5 iyulda keçiriləcək.

Daha sonra II təsnifat mərhələsinin də püşkü atılıb. Azərbaycan çempionu "Qarabağ"ın bəxtinə "Samtredia" (Gürcüstan) çıxıb. "Samtredia" ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə rəqib olub. Bakıdakı görüşdə 1:5 hesabı ilə uduzan Gürcüstan təmsilçisi evdə qalib gəlib - 2:1.

II təsnifat mərhələsinin püşkatmasının nəticələri:

APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq)

"Jalgiris" (Litva) - "Ludoqorets" (Bolqarıstan)

"Qarabağ" (AZƏRBAYCAN) - “Samtredia” (Gürcüstan)

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)

"Haybernian" (Malta) / "İnfonet" (Estoniya) - “Zalsburq” (Avstriya)

“Şerif” (Moldova) - “Kukesi” (Albaniya)

“Astana” (Qazaxıstan) - “Spartak” (Yurmala, Latviya)

BATE (Belarus) - "Alaşkert" (Ermənistan) / "Santa Koloma" (Andorra)

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)

“Hapoel” (Beer-Şeva, İsrail) - “Honved” (Macarıstan)

“Riyeka” (Xorvatiya) - TNS (Uels) / "Europe" (Cəbəllütariq)

“Malmö” (İsveç) - “Vardar” (Makedoniya)

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)

“Dandolk” (İrlandiya) - “Rusenborq” (Norveç)

“Hafnarfyordur” (İslandiya) - "Vikinqur" (Farer adaları) / "Trepça” (Kosova)

"Linfild" (Şimali İrlandiya) / "La Florita" (San Marino) - “Seltik” (Şotlandiya)

“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)

İlk oyunlar 11-12 iyulda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri 18-19 iyulda keçiriləcək.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*** 11:29

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin siyahısı qısaldılıb. "Report"un məlumatına görə, Ağdam təmsilçisi 5 komandadan biri ilə qarşılaşacaq.

Bunlar "Jalgiris" (Litva), "Düdelanj" (Lüksemburq), "Buduçnost" (Monteneqro), "Samtredia" (Gürcüstan) ilə yanaşı, I təsnifat mərhələsindəki cütlərdən birinin qalibi olacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. 

______________________________________________________________________________________________________________________________________________

*** 01:57

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 2017-2018 mövsümü üçün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da başlanacaq tədbirdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin isə 17 cütünün tərkibi müəyyənləşəcək.

Azərbaycan çempionu "Qarabağ" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ağdam təmsilçisi "səpələnmişlər" səbətində yer alacaq. Bu da Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin "səpələnməmişlər" səbətindəki 17 komandadan biri ilə qarşılaşmasına imkan verəcək. Amma Ermənistan çempionu "Alaşkert" I təsnifat mərhələsini adlaya bilsə, UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, növbəti mərhələdə Azərbaycan təmsilçisinə rəqib ola bilməz.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Linfild” (Şimali İrlandiya) - “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), “Santa-Koloma” (Andorra)

Səpələnməmişlər: “Alaşkert” (Ermənistan), “La Fiorita” (San-Marino), “Europa” (Cəbəllütariq), “İnfonet” (Estoniya), “Trepça” (Kosova)

İlk oyunlar 27 - 28 iyunda, cavab görüşləri 4-5 iyulda keçiriləcək.

II təsnifat mərhələsi

Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Zalsburq” (Avstriya), “Kopenhagen” (Danimarka), “Lüdoqorets” (Bolqarıstan), BATE (Belarus), “Legiya” (Polşa), APOEL (Kipr), “Maribor” (Sloveniya), “Qarabağ” (AZƏRBAYCAN), “Malmö” (İsveç), “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya), “Riyeka” (Xorvatiya), “Rusenborq” (Norveç), “Şerif” (Moldova), “Hapoel” (Beer-Şeva, İsrail), “Hafnarfyordur” (İslandiya)

Səpələnməmişlər: “Jilina” (Slovakiya), “Jalgiris” (Litva), “Dandolk” (İrlandiya), “Vardar” (Makedoniya), “Dudelanj” (Lüksemburq), “Kukesi” (Albaniya), “Zrinski” (Bosniya və Herseqovina), “Buduçnost” (Monteneqro), “Honved” (Macarıstan), “Mariehamn” (Finlandiya), “Spartak” (Yurmala, Latviya), “Samtredia” (Gürcüstan), I təsnifat mərhələsinin 5 qalibi

İlk oyunlar 11-12 iyulda, cavab görüşləri 18-19 iyulda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi