"Qarabağ" klubunun Çempionlar Liqasındakı gəliri məlum olub

"Qarabağ" klubunun Çempionlar Liqasındakı gəliri məlum olub Ağdam komandası siyahıda 25-ci pillədə qərarlaşıb
Futbol
10 Aprel , 2018 20:35
Qarabağ klubunun Çempionlar Liqasındakı gəliri məlum olub

Bakı. 10 aprel. REPORT.AZ/ Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub. 

"Report"un İspaniyanın AS nəşrinə istinadən verdiyi məlumata görə, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb. 

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub. 

Son xəbərlər

Orphus sistemi