Yuxarı

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki bütün rəqibləri müəyyənləşib - YENİLƏNİB-2

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki bütün rəqibləri müəyyənləşib - YENİLƏNİB-2
Azərbaycan təmsilçisi E qrupuna düşüb

Bakı. 31 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə "Qarabağ"ın da rəqibləri bəlli olub. 

Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub. 

Püşkatmanın nəticələri: 

A qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr)

B qrupu: "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Leyptsiq" (Almaniya), "Rusenborq" (Norveç)

C qrupu: "Zenit" (Rusiya), "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa), "Slaviya" (Praqa, Çexiya)

D qrupu: "Anderlext" (Belçika), "Fənərbağça" (Türkiyə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Spartak" (Trnava, Slovakiya)

E qrupu: "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya), "Qarabağ" (Azərbaycan), "Vorskla" (Poltava, Ukrayna) 

F qrupu: "Olimpiakos" (Yunanıstan), "Milan" (İtaliya), "Betis" (İspaniya), "Düdelanj" (Lüksemburq)

G qrupu: "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Spartak" (Moskva, Rusiya), "Reyncers" (Şotlandiya)

H qrupu: "Latsio" (İtaliya), "Marsel" (Fransa), "Ayntraxt" (Almaniya), "Apollon" (Kipr)

I qrupu: "Beşiktaş" (Türkiyə), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sarpsport" (Norveç)

J qrupu: "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya), "Standard" (Lyej, Belçika), Akhisar" (Türkiyə)

K qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Astana" (Qazaxıstan), "Renn" (Fransa), "Yablonets" (Çexiya)

L qrupu: "Çelsi" (İngiltərə), PAOK (Yunanıstan), BATE (Belarus), "Videoton" (Macarıstan)

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 20-də keçiriləcək. Final matçı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

---------------------------------------------------------------

*** 07:18. Bu gün "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

Əvvəlki mövsümlərlə müqayisədə, indi Ağdam komandası üçüncü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqiblərindən biri daha aşağı reytinqli komanda olacaq.

Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı səfir Vəli Qasımovun da qatılması olacaq. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu püşk zamanı səhnədə olacaq.

Beləliklə, 48 klubun 4 səbətə bölgüsü belə aparılıb:

1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Çelsi" (İngiltərə), "Zenit" (Rusiya), "Bayer" (Almaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Vilyarreal" (İspaniya), "Anderlext" (Belçika), "Latsio" (İtaliya)

2-ci səbət: "Sportinq" (Lissabon, Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Kopenhagen" (Danimarka), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan), "Milan" (İtaliya), "Genk" (Belçika), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Astana" (Qazaxıstan), "Rapid" (Vyana, Avstriya)

3-cü səbət: "Betis" (İspaniya), "QARABAĞ" (AZƏRBAYCAN), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa), "Renn" (Fransa)

4-cü səbət: "Apollon" (Kipr), "Rusenborq" (Norveç), "Vorskla" (Poltava, Ukrayna), "Slaviya" (Praqa, Çexiya), "Akhisar Belediyespor" (Türkiyə), "Yablonets" (Çexiya), AEK (Larnaka, Kipr), "Videoton" (Macarıstan), "Reyncers" (Şotlandiya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Sarpsborq" (Norveç)

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusu da açıqlanacaq. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizmann (hər ikisi "Atletiko", İspaniya) və Dimitri Payet ("Marsel", Fransa) mübarizə aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi