Yuxarı
    Bağlamaq

    "Qarabağ" klubu yeni transferini rəsmən açıqlayıb

    Qapıçı ilə 2 illik müqavilə imzalanıb

    Bakı. 1 sentyabr. REPORT.AZ/ "Qarabağ" heyətini serbiyalı qapıçı ilə gücləndirib.

    "Report"un klub saytına istinadən verdiyi məlumata görə, Boyan Şaranovla iki illik müqavilə imzalanıb.

    29 yaşlı əlcək sahibi son mövsümü Serbiyanın "Partizan" klubunda keçirib və 18 oyunda meydana çıxıb.

    Qeyd edək ki, Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "OFK Beoqrad" klubunda başlayan qapıçı "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" (Yunanıstan) komandalarında da forma geyinib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi